İranın dini lideri Seyid Əli Xamneyiyə yaxınlığ ilə tanınan “Əhli-Beyt” xəbər agentliyi HƏMAS-ı devirməyə çağırıb.
İran xəbər agentliyi HƏMAS-ın İsrailə qarşı mübarizə apardığı bir vaxtda Suriya inqilabına verdiyi dəstəyə görə birliyi kəskin tənqid edib.
HƏMAS-ın Bəşər Əsəd rejminə qarşı etibarsızlıq göstərdiyi, bu ölkədə çevrilişə böyük dəstək verdiyi vurğulanıb. HƏMAS Bəşər Əsədin apardığı siyasətə etiraz əlaməti olaraq bu ölkəni tərk etmişdi. İran tərəfi isə HƏMAS-ın bu addımını mənfi hal kimi dəyərləndirib.
Yayılan xəbərdə HƏMAS-ın Fələstin xalqına xəyanət etdiyi iddia edilir./axar/