4 Fevral 2018 17:59
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Korrupsiya ittihamı ilə Ər-Riyadda həbsdə yatan şahzadə Valid bin Talal azadlığa çıxdıqdan sonra ilk dəfə görünüb.

Teleqraf.com xəbər verir ki, şahzadə sərbəst buraxıldıqdan sonra Səudiyyə Ərəbistanı səhrasında azadlığın dadını çıxarıb.

Milyarder azadlığa çıxdıqdan sonra özünün fotosunu Tvitter hesabında paylaşıb. Nəvələrini gəzintiyə çıxaran milyarder səhrada at sürüb.

Xatırladaq ki, Valid bin Talal 17 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin 100 nəfərinin siyahısında yer alır.

O, son 3 ay müddətində həbsdə saxlanılıb və bu yaxınlarda azadlığa çıxıb.


Müəllif: Cavad