5 Fevral 2018 09:15
5 695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il yanvarın 18-də Yaponiyanin Kaqosima perfekturasında yerləşən “Utinour” Kosmik Mərkəzində bərk yanacaqla dolu “Epsilon-3” raketi start götürüb.

Teleqraf.com xəbər verir ki, elmi-tədqiqat məqsədli kommersiya peyki təxminən 500 kilometr yüksəyə qalxaraq Yerin orbitindən uğurla çıxıb.

Ancaq “Epilson-3”ün fəzaya buraxılması videolarının internetə yüklənməsindən sonra bir çox skeptiklər videolarda xüsusi heç nə aşkar etməsələr də, bəziləri raketin heç hara uçmadığını, okeana düşdüyünü bildiriblər. Daha diqqətli izləyicilər isə daha maraqlı nəsnə tapıblar. Sən demə, raketin uçuşunu nəinki onun yaradıcıları, alimlər, jurnalistlər, digər maraqlananlar, həm də və uçan naməlum obyektlər izləyiblər.

Belə ki, “uçan boşqab” sayrışan siqnal verməklə yerdən əhəmiyyətli dərəcədə uzaqlaşan “Epsilon-3”-ün düz yaxınlığından ötüb. Həmin obyekt təyyarəyə oxşamır, üstəlik bu zaman səmada Yer kürəsinə məxsus heç bir aparat ola bilməzdi. Gəlmələri yapon raketinin nəyi maraqlandırırdı?

Ufoloqlar bildirirlər ki, yadplanetlilər raket buraxılışlarını praktik olaraq hər zaman izləyirlər. Onların sözlərinə görə, UNO-lar bu zaman demək olar, hər yerdə qeydə alınırlar. Əgər onların gəlişi qeydə alınmırsa, bu hələ heç nəyə dəlalət etmir, – onlar bizi gizlicə də izləyə bilirlər. Təkcə onların özlərini çəkməyə niyə imkan verdikləri aydın deyil.


Müəllif: Səxavət

Oxşar xəbərlər