5 Fevral 2018 20:15
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri (TSQ) "Zeytun Budağı" əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsində Dikmədaş kəndini PYD/ PKK terror təşkilatından azad edib.

Teleqraf.com xəbər verir ki, Azad Suriya Ordusu (ASO) ilə birlikdə keçirilən əməliyyat zamanı çoxlu sayda yaraqlı məhv edilib.

Qeyd edək ki, yanvarın 22-dən etibarən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatına start verib. Əməliyyatda məqsəd bölgəni PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləməkdir.


Müəllif: Ayxan

Oxşar xəbərlər