7 Fevral 2018 19:59
2 841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taylandda daha çox müştəri cəlb etmək üçün kafedə gözəl görünüşlü qızları açıq-saçıq geyimdə işlədən sahibkar həbs edilib.

Teleqraf.com xəbər verir ki, Taylandın Çonbiri şəhərində 22 yaşlı Arisa Suvannavonq və 21 yaşlı Minqqomut Konqsavas adlı modelləri kafeyə işə götürərək, onları açıq-saçıq geyimdə müştərilərə xidmət göstərməyə sövq edən sahibkarı 5 ilə qədər həbs gözləyir.

Polis rəisi Tanaçai Usakit sahibkarın ilkin ifadəsinin alındığını qeyd edib. Sahibkar bildirib ki, kafeni yeni açıb və xidmətlərini reklam etmək üçün qeyri-adi üsuldan istifadə etməyə çalışıb. İş adamı əməlinin qanunsuzluğundan xəbərsiz olduğunu bildirib.

Arisa Suvannavonq kafedəki fəaliyyətilə bağlı hər kəsdən üzr istəyib: "Məqsədim pul qazanmaq deyil. Yeni açılan kafenin sahibinə kömək etmək istədim".


Müəllif: Ayxan