Türkiyənin Əskişəhər məhkəməsi tramvayda 16 yaşlı qıza cinsi xarakterli hərəkətlər edən şəxslə bağlı qərar verib.
Teleqraf.com xəbər verir ki, məhkəmə təqdim olunan ilkin sübutları araşdıraraq şəxsin barəsində üç aylıq həbs qətiimkan tədbiri seçib.
Qeyd edək ki, fevralın 7-də tramvayda 16 yaşlı qıza cinsi xarakterli hərəkətlər edən şəxs ətrafdakı insanlar tərəfindən döyülüb.
Təcavüzçü dayanacaqda tramvaydan düşürülərək polisə təslim edilib.
Polis gələnədək ətrafdakılar şorgöz kişini möhkəm əzişdiriblər. Hadisə yerinə gələn polis şübhəlini çətinliklə ərazidən uzaqlaşdıra bilib.