9 Fevral 2018 14:36
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın “Barselona” klubunun avtobusuna hücum edilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Valensiya şəhərində baş verib.

İspaniya Kral Kuboku çərçivəsində Valensiyanın eyni adlı klubu ilə qarşılaşan “Barselona” 2-0 hesablı qələbəyə sevinib.

Oyundan sonra “Valensiya” klubunun azarkeşləri katalonların avtobusunu daşa basıblar. Hadisə zamanı xəsarət alan olmayıb.


Müəllif: Samir

Oxşar xəbərlər