ABŞ və Türkiyə arasında kritik müzakirələr başlayır.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Herbert Makmaster Türkiyəyə səfərə gəlib.
Onun İstanbulda Türkiyə prezidentinin sözçüsü İbrahim Qalınla görüşü gözlənilir.
Müzakirələr elə bu səviyyədə aparılacaq. İbrahim Qalınla müzakirələrdən sonra Makmaster İstanbulu tərk edəcək.