2011-ci ildən Suriyada başlanan daxili müharibəni yaxından izləyən Çin bundan sonrakı dövrdə baş verən hadisələrdə aktiv iştirak edəcəyini açıqlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Çinin Dəməşqdəki səfiri Şi Sanzin açıqlama verib.
Səfir deyib ki, ölkəsi Suriya sülh prosesində rol almaq qərarına gəlib və bu ölkənin yenidən qurulmasında iştirak edəcək:
“Suriyadakı destruktiv münaqişələrdən sonra Çinin bu ölkənin gələcəyində daha aktiv rol oynamasının vaxtı çatdığını düşünürük. Suriyanın yenidən inşa edilməsində bu ölkənin qanuni rəhbərliyi ilə əməkdaşlıq edəcəyik”.