İsrailin baş naziri Binyamin Netanyahu işğal altındakı İordan çayının Qərb sahillərinin nəzarətə götürülməsini ABŞ prezidenti Donald Trampla müzakirə etdiklərini bildirib.
Teleqraf.com xəbər verir ki, Likud partiyasının başqanı Netanyahu deputatlarla görüşündə İordan çayının Qərb sahillərinin İsrailə birləşdirilməsi istiqamətində ABŞ rəsmilərilə müzakirələr apardığını qeyd edib.
Ağ Ein sözçüsü Joş Raffel məlumatı təkzib edib: "Belə bir məsələ müzakirə mövzusu olmayıb. ABŞ prezidenti əsas diqqətini İsrail-Fələstin arasında sülhün yaradılmasına yönəldib".
Qeyd edək ki, ötən ilin sonunda Likud partiyası İsrail parlamentinə İordan çayının Qərb sahillərinin İsrailə ilhaq edilməsinə dair qanun layihəsi hazırlayaraq təqdim edib. Layihə təklifi qəbul edilməyib.