Rusiya Müdafiə Nazirliyi Şimali Qafqazdakı hərbi hissələrdə yenidənqurma işinə başlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu məqsədlə nazirlik Şimali Qafqazda Rusiyanın əsas zərbə gücü olan 58-ci alayı yeni T-72B3 tankları ilə təchiz edib.
Bundan başqa, Rusiya MN Mozdok və Vladiqafqazda yeni hərbi şəhərciklərin salınmasına start verib.
Ekspertlərin fikrincə, Rusiyanın bu addımının məqsədi NATO tərəfindən gələ biləcək hər hansı təhlükənin qarşısının vaxtında alınmasıdır.