Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində “Zeytun budağı” hərəkatını davam etdirir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, türk ordusu əməliyyatların 28-ci günündə Racu bölgəsinin Hasan Kelkavi və Celeme kəndlərini azad edib.
Bununla da əməliyyatlar başlandığı gündən bu yana terrorçulardan təmizlənən məntəqələrin sayı 65-ə çatıb.
Hazırda Cinderes bölgəsində gərgin döyüşlərin getdiyi bildirilib.