ABŞ Prezidenti Donald Trampın ötən ilin noyabrında Çinə səfəri zamanı xoşagəlməz hadisə baş verdiyi üzə çıxıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, olaya səbəb Trampın “Nüvə çamadanı” olub.
ABŞ Dövlət Departamentinin nümayəndəsi çamadanı Trampın görüş keçirəcəyi zala aparmaq istəyib. Ancaq Çin xüsusi xidmət orqanları buna icazə verməyib. Bu zaman işə Ağ Evin aparat rəhbəri Con Kelli qarışıb. O, çamadanı içəri aparmaq istəsə də, Pekin tərəfi buna qarşı çıxıb və bu zaman tərəflər arasında əlbəyaxa dava olub. Kelli Çin xüsusi xidmət orqanının nümayəndəsini yerə sərib.
Hadisədən sonra çamadanın görüş zalına keçirilməsinə izn verilib.