19 Fevral 2018 12:45
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın Oaxaka ştatında növbəti dəfə güclü zəlzələ baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, zəlzələnin gücü Rixter şkalası üzrə 5,9 bal olub.

Yeraltı təkanların episentri Puerto Eskondido şəhərindən 88 kilometr aralıda yerləşib.

Dağıntı və tələfatla bağlı məlumat verilmir.

Qeyd edək ki, fevralın 17-də Meksikada 7,2 bal gücündə zəlzələ baş vermişdi.


Müəllif: Samir

Oxşar xəbərlər