21 Fevral 2018 00:28
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin baş naziri Benyamin Netanyahunun xanımı Sara Netanyahunun da adı korrupsiyada hallanır.

Teleqraf.com Anadolu agentliyinə istinadla xəbər verir ki, iddialara görə, baş nazirin iki məsləhətçisi hakimə Sara Netanyahu haqda korrupsiya araşdırmasını dayandırmağı təklif ediblər. Əvəsində hakimə baş prokuror vəzifəsi təklif olunub.

Hila Gerstel adlı məhkəmə sədri təklifi rədd edib və bu barədə təhkim edildiyi məmur istisna olmaqla heç bir təhlükəsizlik orqanına məlumat verməyib.

Xatırladaq ki, İsrail baş naziri ittiham olunduğu maddələr üzrə indiyədək polisə 7 dəfə ifadə verib. Ötən həftə isə polis Benyamin Netanyahunun iki iş üzrə rüşvətxorluqda suçlanmasını tövsiyə edib. Polis iki araşdırma zamanı belə bir qənaətə gəlib ki, siyasətçi biznesmenlərdən dəyəri 300 min dollara yaxın bahalı hədiyyələr alıb, əvəzində onları himayə edib. Benyamin Netanyahunun ofisi isə indiyədək irəli sürülən ittihamları rədd edib.


Müəllif: Kəmalə

Oxşar xəbərlər