ABŞ prezidenti Donald Tramp Rusiyanın "RS-26" tipli ballistik raketləri ilə 1987-ci ildə ABŞ ilə Rusiya arasında imzalanmış nüvə anlaşmasını pozub-pozmadığına dair araşdırma aparılmasına təlimat verib.
Teleqraf.com xəbər verir ki, prezident araşdırmanın aparılmasını Xarici İşlər, Müdafiə nazirlikləri, Mərkəzi Qərargah və Milli Kəşfiyyat İdarəsinə tapşırıb.
Təlimat Milli Müdafiə haqqında Qanunun 1245-ci maddəsində öz əksini tapıb.
Həmin maddə 2011-ci ildə iki ölkə arasında qəbul edilmiş Strateji Silahların Azaldılması Anlaşması (NEW START) ilə 1987-ci ildə imzalanmış Orta Mənzilli Nüvə Qüvvələri Anlaşması arasında uyğunluğun təmin edilməsini tənzimləyir.
Rusiyanın "RS-26" adlı orta mənzilli ballistik raketlərini hərb məqsədləri üçün sınaqdan keçirdiyi qeyd olunan həmin maddədə NEW START Anlaşmasının pozulub-pozulmamasının araşdırılması nəzərdə tutulub.