İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi şəhəri Urmiyada fəaliyyət göstərən tanınmış qeyri-hökumət təşkilatı hədəfə götürülüb.
Teleqraf.com xəbər verir ki, təhlükəsizlik orqanları Azərbaycan Mədəniyyət Ocağının fəaliyyətini dayandırmaq üçün Urmiya şəhər rəhbərliyinə təzyiq göstərir.
Məqsəd Azərbaycanın demokratik hüquqları uğrunda bir sıra mədəni fəalın qanuni şəkildə fəaliyyət göstərdiyi qurumu ləğv etməkdir.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət Ocağı bir il əvvəl təsis edilib. Qurum fəaliyyət göstərmək üçün Urmiyə şəhər rəhbərliyindən rəsmi lisenziya alıb.
Təşkilat Azərbaycanın kimliyi və mədəniyyətinin qorunub saxlanılması istiqamətində fəaliyyət göstərir. Onun idarə heyətinin sədri Bəhruz Həsəni Hesardır.