Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə Afrində “Zeytun budağı” hərəkatında uğurlu fəaliyyətini davam etdirir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, əməliyyat zamanı daha 5 kənd terrorçulardan təmizlənib.
Bununla bağlı TSQ Baş Qərargahı məlumat yayıb: “Şeyx Məhəmmədli, Dudu, Semalıq, Vəlikli və Kavanda kəndləri azad edilib”.