Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Şanlıurfa şəhərində keçirilən mitinqində yayılan yanıq iyi prezident Rəcəb Tayyib Ərdoğanın narahatlığına səbəb olub.
Teleqraf.com Türkiyə KİV-inə istinadla xəbər verir ki, yanıq qoxusunu hiss edən ölkə başçısı çıxışına fasilə verib yaxınlığındakı şəxslərdən “Yanıq iyi gəlirmi”, - deyə soruşub. Mühafizə xidməti Türkiyə prezidentinin sualını təsdiqləyib. Ərdoğan yanğının səbəbinin araşdırılmasını tapşırıb.
Qısa dialoqdan sonra Rəcəb Tayyib Ərdoğan çıxışına davam edib.