Kosovanın Strasburqdakı baş konsulluğunun binasına hücum edilib. Hücumçular səfirliyin binasından bayraq və dövlət gerbini götürüblər.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə konsul Edon Kana özünün Feysbuk hesabında məlumat verib.
Onun sözlərinə görə, Kosova dövlətinin rəmzləri düşmənləri narahat edir: “Fransalı rəsmilərə hadisə ilə əlaqədar başlanan istintaqa görə təşəkkür edirik. Səfirliyə hücum təşkil edən şəxslərin qısa zamanda yaxalanacağına inanırıq”.
Kosovo hökuməti hadisəni pisləyib. Yayılan bəyanatda hücumun Kosovanın suverenliyinə qarşı yönəldiyi bildirilir. Fransanın təhlükəsizlik orqanlarına hadisənin mümkün qədər tez araşdırılması ilə bağlı çağırış edilib.