28 Fevral 2018 12:41
3 620
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatının məğlubiyyətə uğramasından sonra 7 ildir qan axıdılan Suriyada proseslərin necə davam edəcəyi məlum olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ Suriyanın gələcəyi ilə bağlı yeni planını işə salıb.

Plana əsasən, ABŞ və müttəfiqləri Fərat çayının şərqində döyüşləri davam etdirmək və Suriyanı iki hissəyə parçalamaq niyyətindədir.

Bunun üçün ABŞ Suriyada münaqişə tərəflərinə və bəzi müttəfiqlərinə bildiriş göndərib.

ABŞ Fərat çayının şərqi və qərbində iki Suriya yaradaraq, bölgədəki vəziyyəti daha da gərginləşdirmək istəyir. Planla əlaqədar Vaşinqton rəhbərliyi Rusiyaya məxsus “Vaqner” qrupunu Fərat çayının hər iki tərəfindən uzaqlaşdırmağa nail olub.

Bundan başqa, Ağ Ev bölgədə münaqişəni gücləndirmək üçün 4 milyard dollar vəsait ayırıb. Həmçinin, ABŞ PKK-nın Suriya qolu sayılan PYD silahlılarına xüsusi təlim keçməklə onların Suriya Prezidenti Bəşər Əsədə sadiq qüvvələrə qarşı müvaqimət gücünü artırmağı planladığı qeyd edilir.

Bütün bu məsələlər Vaşinqtonda fevralın 11-də təşkil olunan Suriya qrupunun toplantısında müzakirə edilib. Toplantıda İngiltərə, Fransa, İordaniya və Səudiyyə Ərəbistandan olan nümayəndələr də iştirak edib.

Mətbuata qapalı keçirilən toplantıda ABŞ-ın həyata keçirəcəyi planın 5 hədəfi də açıqlanıb:
“Bunlar Suriyanı bölmək, Soçi görüşünün əhəmiyyətini sıfra endirmək, Türkiyəni geri çəkmək, BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Steffan de Misturaya Cenevrə görüşünün yenidən canlandırılması üçün təlimat vermək və Suriyada münaqişənin həll ilə əlaqəli 8 maddəlik sənədin icrasını təmin etməkdir”.

Bu ssenaridə BMT-nin ABŞ-ın Suriyanı bölmə planında böyük rol oynayacağı aşkar görünür. Hətta amerikalılar Astanada keçirilən toplantıya da qatılmayacaqları ilə bağlı müttəfiqlərindən vəd alıb. ABŞ Suriyada keçid dövründən sonra Bəşər Əsədi hakimiyyətdən devirmək üçün onun qalib gələ bilməyəcəyi seçki keçirməyi də planlarına daxil edib.

ABŞ və müttəfiqləri bu planda Rusiyaya qarşı da strateji addım atmaq niyyətindədir. Vaşinqton rusları Əsəddən imtina etmək üçün Rusiyada prezident seçkiləridən maksimum yararlanmağa çalışacaq.


Müəllif: Samir İsayev

Oxşar xəbərlər