"ABŞ Avropa ölkələrini Rusiyaya qarşı qaldırmaq üçün onlara taktiki nüvə silahları ilə bağlı təlim keçir".
Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İsveçrədə keçirilən Silahsızlanma Konfransında çıxışı zamanı bildirib.
Lavrov qeyd edib ki, ABŞ Avropanı strateji olmayan nüvə silahları ilə təmin etməklə nüvə silahları əleyhinə aparılan kampaniyaya zərər vurur.
ABŞ-ın İkinci Dünya Müharibəsində Yaponiyaya atdığı atom bombasını yada salan Lavrov bildirib ki, Avropa xalqları kütləvi qırğın silahına malik olan bir dövlətin ölkələrində nüvə silahları yerləşdirməsinə qarşı çıxmalıdırlar. Bir daha xatırladıram ki, Rusiyanın istifadəyə hazır taktiki nüvə silahı yoxdur və o nüvə silahının istifadəsini sınaqdan keçirmir. Rusiya belə silahlarını öz milli ərazisinin mərkəzi saxlama bazalarında yerləşdirib".
Konfransda iştirak edən ABŞ səfiri Robert Vud Lavrovun ittihamlarına cavab vermək üçün moderatordan icazə istəyib.
Səfir qeyd edib ki, Lavrov dünyada yanlış gedən hər şey üçün ABŞ-ı ittiham etməyə vərdiş edmiş tipik rusdur: "Güclü qara yağıntısına görə ABŞ-ı günahlandırmamasından təəccübləndirm. Amma yaxında o da ola bilər".