"Rusiya ABŞ üçün ən ciddi, Şimali Koreya isə proqnoz edilməsi mümkün olmayan təhlükə mənbələridir".
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin strateji komandanlığının rəisi, general Con Hayten bildirib.
Con Hayten ABŞ-a təhlükə yarada biləcək ölkələrdən Çinin də adını çəkib. Qeyd edib ki, Rusiya və Çinə qarşı ölkəsi kosmik kibermüdafiə elementlərindən yararlanır.
O, təhlükə ciddiləşəcəyi təqdirdə müdafiə taktikasından imtina edəcəklərini bildirib.