ABŞ-ın Türkiyədəki səfirliyinin sabah da fəaliyyət göstərməyəcəyi bildirilir.
Teleqraf.com "Anadolu" agentliyinə istinadla xəbər verir ki, buna səbəb kimi təhlükəsizlik tədbirləri göstərilir. Səfirliyin fəaliyyətini nə vaxt bərpa edəcəyi açıqlanmır.
Səfirlik Türkiyədəki Amerika vətəndaşlarına zərurət olmadığı halda evlərini tərk etməmək barədə müraciət edib.
ABŞ-ın Ankara səfirliyindən verilən məlumata görə, səfirlik sabah açıq olsa da, viza verilməyəcək, ABŞ vətəndaşlarına xidmətlər göstərilməyəcək.