İntensiv qar yağması səbəbindən Saxalin adasını materiklə birləşdirən Vanino-Xolmsk bərə keçidi bağlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Saxalin bölgəsinin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, Yuxo-Saxalinsk şəhərinin hava limanı təyyarə uçuşlarını faktiki hava şəraitinə uyğun olaraq tənzimləyir.
Mütəxəssislər güclü qar yağıntısı səbəbilə 9 şəhərin çökmə təhlükəsi olduğunu bildiriblər.