Rusiyanın Kamçatka bölgəsində səhər saatlarında zəlzələ baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, zəlzələ Rixter şkalası üzrə 5 bal olub.
Yeraltı təkanların episentri yerin 58 kilometr dərinliyində yerləşib. Dağıntı və tələfatla bağlı məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.