Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Avropa Birliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, bu il martın 15-də başa çatmalı olan sanksiyalar daha 6 ay müddətində qüvvədə qalacaq. Qadağalar 150 Rusiya vətəndaşına və 38 şirkətə tətbiq edilib.