Belçika məhkəməsi xərçəngdən müalicə olunan şəxsin əlil sayılması və əlillik pensiyası alınmasına dair qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, 2012-ci ildə xərçəng diaqnozu ilə xəstəxanada yatan və 1,5 illik müalicədən sonra yarım ştatla işinə dönmək istəyən Maaike adlı qadın rəhbərlik tərəfindən qəbul edilməyib.
Qadının şikayətini araşdıran məhkəmə onun işə bərpa olunması, 12 min 500 avro təzminat alması, üstəlik əlil kimi qeydiyyata götürülməsi barədə qərar qəbul edib.
Bununla da Belçika məhkəməsi ilkə imza atıb. Məhkəmə hesab edir ki, xərçəng tam müalicə olunmur və ömür boyu sahibini təqib edir. Bu halda xəstəlikdən əziyyət çəkənlər əlil kimi qeydiyyata götürülməli və dövlətdən pensiya almalıdırlar.