13 Mart 22:59

İngiltərədə 11 il əvvəl doğulmuş və fərqli dəri rəngləri ilə dünya gündəminə çevrilmiş Marsiya və Milli artıq böyüyüb.

Teleqraf.com-un məlumatına görə, bacıların şəkli “National Geographic” dərgisinin üz qabığına veriləcək.

Jurnal aprel ayında qızların şəkli ilə çıxacaq.

Əkiz olsalar da, dəri rənginə görə kəskin fərqlənən Marsiya ilə Milli uzun müddət mətbuat orqnalarının müzakirə obyektinə çevrilmişdi.

Marsiya anası kimi ağdərili, Milli isə yamaykalı atası kimi qaradərilidir.


Müəllif: Teleqraf.com
Загрузка...