14 Mart 2018 00:59
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşşar Əsəd rejimi Suriyada sivil insanların ölümünə səbəb olur.

Teleqraf.com xəbər verir ki, bu gün Əsəd rejiminə məxsus hərbi hava qüvvələrinin İdlib ərazilərinə endirdiyi zərbələr nəticəsində 5 dinc sakin həyatını itirib. Aralarında azyaşlılar olmaqla 15 nəfər isə ağır yaralanıb.

Məlumata görə, hava hücumu axşam saatlarında qeydə alınıb. Hərbi hava qüvvələri Maaret Misrin, Ram Hamdam və Binniş adlanan bölgələri hədəf alıb.

Hava zərbələrinin hazırda davam etdiyi bildirilərək, ölənlərin sayının artacağı ehtimal edilir.


Müəllif: Teleqraf.com