14 Mart 2018 13:21
2 451
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:00

Bu gün Türkiyə Baş naziri Binəli Yıldırım Bakıya səfərə yola düşməzdən öncə jurnalistlərin suallarını cavablandırıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Bakıda keçirəcəyi görüşlərlə bağlı məlumat verib:

“Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Artur Rəsizadə və Milli Məclisin sədri Oqtay Əsədovla görüşlər keçirəcəyəm. Ədalətsizliklərin müzakirə ediləcəyi toplantı keçiriləcək. Bölgədəki hadisələr ətrafında fikir mübadiləsi aparacağıq. Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Azərbaycan, İran və gürcüstanlı həmkarlarımla bir araya gələcəyik. Tarixi İpək Yolunun yenidən inşası üçün görüşlər keçiriləcək”.

Yıldırım ABŞ Dövlət katibi Reks Tillersonun istefaya göndərilməsi və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeonun həmin vəzifəyə təyin edilməsinə də münasibət bildirib:
“ABŞ prezidentinin verdiyi qərarları dəyərləndirməyimizə ehtiyac yoxdur. Türkiyə-ABŞ əlaqələri ayrı-ayrı fərdlərə bağlı deyil. ABŞ ilə son vaxtlar yaşadığımız problemlər bəllidir. Əli qanlı terror təşkilatına dəstək vermələri bizi narahat edir. Ümid edirik ki, ABŞ səhvini anlayacaq”.

***

Türkiyə Baş naziri Binəli Yıldırımın təyyarəsi Əsənboğa aeroportundan Bakıya yola düşüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Yıldırımı aeroportda Baş nazirin müavini Hakan Çavuşoğlu, müşaviri Fuad Oktay, Ankara valisi Ərcan Topaca, Ədalət və İnkişaf Partiyasının (AKP) Ankara üzrə nümayəndəsi Mustafa Nedim Yamalı və digər rəsmilər yola salıb.

Azərbaycan səfərində Türkiyə baş nazirini həyat yoldaşı Semiha Yıldırım, Ədalət və İnkişaf Pariyasının (AKP) parlamentdəki fraksiyalarından birinin sədri Mehmet Muş, AKP sədrinin müavini Mehdi Eker, Türkiyə-Azərbaycan parlamentlərarası Dosluq qrupunun sədri Necdet Ünüvar, Milliyyətçi Hərəkat Partiyasından deputat Ekmeleddin İhsanoğlu, Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri Hikmet Çətin müşayiət edir.

2 günlük səfər çərçivəsində Yıldırım Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Artur Rəsizadə və Milli Məclisin sədri Oqtay Əsədovla görüşlər keçirəcək.

Bundan başqa, o, Türkiyə, Azərbaycan, İran və Gürcüstandan olan həmkarları ilə bir araya gələcək.

Martın 15-də Binəli Yıldırım VI Qlobal Bakı Forumunda iştirak edəcək.

***

Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycana gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda B. Yıldırımı Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər şəxslər qarşılayıb.

Türkiyən baş nazirinin prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazir Artur Rəsizadə və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulur.


Müəllif: Samir

Oxşar xəbərlər