ABŞ Prezidenti Donald Trampın istefaya göndərdiyi sabiq dövlət katibi Reks Tillerson vida çıxışı edib.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Reks Tillerson çıxışı zamanı insanlara “ən qiymətli varlığınız olan dürüstlüyünüzü itiməyin” deyə, məsləhət edib.
Tillerson Vaşiqtonu pisniyyətli şəhər kimi təsvir edib: “Vaşinqton pisniyyətli şəhər ola bilər. Amma siz onun bir parçası olmaq məcburiyyətində deyilsiz”.
Qeyd edək ki, Tramp martın 13-də Reks Tillersonu vəzifədən uzaqlaşdıraraq yeni dövlət katibi vəzifəsinə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin hazırkı rəhbəri Mayk Pompeonu təyin edib.