26 Mart 2018 17:40
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə kimyəvi hücuma məruz qalaraq zəhərlənən sabiq rus casusu Sergey Skripal və qızı Yuliya ilə bağı yeni faktlar üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı "Tayms" nəşri məlumat dərc edib:

"Skripal və qızı hadisə baş verən gün 4 saat mobil telefonlarının GPS funksiyasını bağlayıb. Onlar bundan gizli görüş keçirməsi üçün istifadə edə bilərdi".

Məsələ ilə bağlı İngiltərə tərəfi rəsmi açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, 4 martda baş verən hadisədən sonra Britaniya və Rusiya arasında münasibətlər gərginləşib. Britaniya 20 rus diplomatını ölkədən çıxarıb. Rusiya da analoji addımla bağlı qərar qəbul edib. Britaniyanın bu qərarına ABŞ və 20 Avropa Birliyi ölkəsi dəstək verib.


Müəllif: Samir

Oxşar xəbərlər