ABŞ prezidenti Donald Trampın təsdiqlədiyi 1,3 trilyon dollarlıq büdcə sənədində Ukraynada ultra millətçilərin də (Neo-Nazi milisləri) yer aldığı Azov taborunun maliyyələşməsi dayandırılıb.
Büdcə sənədində qeyd olunub ki, Ukraynaya ayrılan vəsaitlər heç bir halda Azov taborunun saxlanılmasına xərclənə bilməz. Taborun yardimdan kənarda qalmasının səbəbi açıqlanmasa da qeyd olunur ki, qatı millətçilərin tabora rəhbərlik etməsi konqresdə narahatlıq yaradıb.
Bununla belə ABŞ büdcəsində əsasən PKK üzvlərindən təşkil olunan Suriya Sərhəd Qüvvələrinin dəstəkləyən maddə öz əksini tapıb.
ABŞ büdcəsində Ukraynaya 620,7 milyon dollarlıq yardım edilməsi nəzərdə tutulub.