ABŞ-ın Los Anceles bölgəsində dəhşətli cinayət baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Los Anceles polisinin nümayəndəsi Frenk Deperno məlumat verib.
O bildirib ki, Taxanqa şəhərciyində yaşayan 30 yaşlarında erməni əsilli şəxs həyat yoldaşını vəhşicəsinə öldürüb və hadisə yerindən qaçıb. Hadisə ailə münaqişəsi səbəbindən cütlüyün azyaşlı övladının gözləri önündə baş verib . Hazırda erməni əsilli şəxs barəsində axtarış elan edilib.