15 iyul dövlət çevrilişinə cəhddən sonra Türkiyə Almaniyaya 115 nəfərin ekstradisiyası ilə bağlı müraciət edib.
Teleqraf.com-un məlumatına görə, bu barədə alman mediası xəbər yayıb.
Almaniya Ədliyyə Nazirliyi bildirib ki, bu tələblərdən 54-də səbəb terror şübhəsi göstərilib.
Qeyd edilir ki, 2015-ci ildə Türkiyə Almaniyadan 66 nəfəri ekstradisiya edilməsini istəyib, onlardan 13 nəfəri terrorda günahlandırılır.
Ötən müddət ərzində terror şübhəsi səbəbindən ekstradisiyası istənilən şəxslərdən heç kəs Türkiyəyə təhvil verilməyib.