31 Mart 2018 22:40
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyanın Özbəkistandakı keçmiş səfiri, hüquq müdafiəçisi Kreyq Myurrey Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki, Britaniya xüsusi xidmət orqanlarına işləyən Sergey Skripalın zəhərlənərək, öldürülməsinin kimə sərfəli olduğu barədə açıqlama verib.

Teleqraf.com xəbər verir ki, jurnalistlərə açıqlamasında Kreyq Myurrey deyib:

"Mən demirəm ki, bunu ruslar etməyib. Mən deyirəm ki, hadisələrin inkişafının digər variantları da var. Rusiyanın bunu etdiyinə dair hər hansı real sübutlar yoxdur".

Kreyq Myurrey Britaniya Xarici İşlər naziri Boris Consonun Rusiyanı ittiham etməsinə də münasibət bildirib:

"Maraqlıdır ki, Boris Conson və başqaları jurnalistlərlə söhbətində zəhərin Rusiyadan gətirildiyini təsdiq edirlər. Lakin parlamentin rəsmi açıqlamasında, eləcə də BMT Təhlükəsizlik Şurasının açıqlamasında bunu "Rusiyada istehsal olunmuş silah tipi" olduğu bildirilir. Bunlar fərqli məsələlərdir".

Qeyd edək ki, insident martın 4-də Solsberi şəhərində baş verib. London Skripalı А234 maddəsi ilə Rusiyanın zəhərlədiyini iddia edir, Moskva isə bu iddianı qətiyyətlə rədd edir.


Müəllif: Nahid

Oxşar xəbərlər