Fransa Suriyanın Menbic bölgəsinə xüsusi təyinatlı 50 əsgər göndərib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hərbçilər 4 təyyarə ilə Menbic hərbi aerodromuna gətirilib.
Məlumatlara görə, Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampla telefon danışığından sonra bu qərara gəlib.
Ekspertlər bu qərarın bölgədəki gərginliyi daha da artıracağını bildiriblər.
ABŞ ötən həftə Menbicə 300 əsgər göndərmişdi.