Xəzər flotiliyası Həştərxandan Dağıstanın Kaspiysk şəhərinə köçürüləcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiyanın Müdafiə naziri Sergey Şoyqu məlumat verib:
"Bununla bağlı qərar qəbul edilib. Kaspiyskdə böyük tikinti gedir. Xəzər flotiliyasında zabitlərin və əsgərlərin sayı da artırılacaq".
Onun sözlərinə görə, flotiliyanın köçürülməsi Xəzər regionunun təhlükəsizliyi üçün əhəmiyyətlidir.