İsrail ordusunun HƏMAS-ın nəzarəti altında olan Qəzza zolağına atəşə tutması nəticəsində ölənlərin sayı 18-ə çatıb.
Teleqraf.com xəbər verir ki, məlumatı Fələstin Muxtariyyətinin Səhiyyə nazirliyi verib.
Məlumata əsasən, İordan çayının qərb sahili və Qəzza zolağında vəziyyət cümə namazından sonra gərginləşib. İsrail hökuməti vəziyyətin gərginləşməsində “HƏMAS”ı günahlandırıb.
Qeyd edək ki, Qəzza zolağında minlərlə fələstinli altı həftəlik etiraz aksiyası çərçivəsində İsrail sərhədinə yürüş edib.
Aksiya iştirakçılarının İsrail hökumətindən əsas tələbi qaçqınların doğma vətənlərinə qayıtmalarıdır.