ABŞ prezidenti Donald Tramp elektron ticarət nəhəngi olan "Amazon"a qarşı ittihamları davam etdirir.
Teleqraf.com xəbər verir ki, Tramp Tvitter mikrobloqunda qeyd edib ki, "Amazon" poçt xidmətindən şəxsi kuryer kimi istifadə etməklə ABŞ dövlət büdcəsinə milyardlarla dollar zərər vurub: "Amazon" bu zərəri ödəməlidir. Poçt xidmətlərinin rəhbərlərinin heç ağlı yoxdur? Yaxud ağılları vardır? Yalnız axmaqlar və pis adamlar zərərlə işləyən poçt xidmətlərinin mənim "Amazon"la bağlı tənqidlərimdən sonra dəyər itiridiyini düşünə bilər. "Amazon"un üzündən büdcəyə vergi ödəyən pərakəndə ticarətlə məşğul olanlar mağazaları bağlayırlar. Poçt xidməti "Amazon" üçün daşıdığı hər bir paketin müqabilində 1,5 dollar itirir. Poçt xidmətləri tarifləri artırsa "Amazon"un karqo məsrəfləri 2.6 milyard dollar artacaq.
Trampın vergi, anti-inhisar və rəqabət məcəllələrinə dəyişiklikləri təsdiq etməsindən sonra "Amazon"un səhmləri ucuzlaşıb.