4 ərəb ölkəsi tərəfindən sanksiyaya məruz qalan Qətərdə əmir Tamim bin Həmad Əl-Tani qadınların könüllü hərbi xidmətə yazılması və kişilərin məcburi əsgərlik müddətinin 3 aydan 1 ilədək uzadılması barədə qanun layihəsini təsdiqləyib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Əl-Taninin layihəni imzalaması ilə Qətərdə ilk dəfə 18 yaşından etibarən qadınlar hərbi xidmətə gedə biləcək. 18 yaşına çatan kişilər isə 60 gün ərzində hərbi xidmət üçün müraciət etməlidir.
Əsgərlikdən yayınanları 3 il həbs və 50 min real cərimə gözləyir.
Qətər həmçinin milli hərbi akademiya quracağını açıqlayıb.