ABŞ-da polis silahsız gənc oğlanı güllələyib.
Bu hadisədən sonra yüzlərlə sakin Ferqyuson şəhərinin küçələrinə axışıb. Yerli sakinlər polisin silahsız 18 yaşlı cavan oğlanı küçənin ortasında vurmasına etiraz ediblər.
Ölmüş gəncin ailə üzvləri meyiti tanıdıqlarını bildiriblər. Həlak olan şəxsin 18 yaşlı Mayk Braun olduğu açıqlanıb. Yerli hüquq-mühafizə orqanlarının nümayəndəsi hadisə ilə bağlı açıqlama verib:
"Yüzdən çox sakin hadisədən dərhal sonra küçələrə çıxdı. Polisin gənc oğlanı vurmasını heç kim qəbul edə bilmir. Hadisə baş verən ərazidə hazırda vəziyyət hələ də gərgin olaraq qalır" ,- deyə hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib.
Qeyd edək ki, hadisə yerinə 60 polis ekipajı cəlb edilib.
Faktla bağlı hazırda araşdırma aparılır./anspress/