İsrail ordusu Qəzza şəhəri sərhədlərində keçirilən “Böyük Qayıdış Yürüşü” adı altında tədbirlərə son verilməsə Həmasın hədəflərini vuracağını bəyan edib.
Teleqraf.com xəbər verir ki, İsraildə nəşr edilən “Haaretz” qəzeti İsrail hərbi rəhbərliyində olan mənbəyə istinadən bildirib ki, martın 30-da başlayan və 31 fələstinlinin ölümünə səbəb olan “Böyük Qayıdış Yürüşü” aksiyalarına son verilməsə Həmasa aid hədəflərə hərbi zərbələr endirəcək.