Ötən gün ingilis alimlər dünyanın ən sirli məkanlarından biri olan Solsberi düzənliyində yerləşən Stounhenc abidəsinin insanlar tərəfindən yaradılmadığı ilə bağlı sensasiyalı bəyanatla çıxış ediblər.
Teleqraf.com xəbər verir ki, mütəxəssislərin araşdırma nəticəsində əldə etdikləri elmi tapıntılar “İngilis Arxeologiyası” jurnalında nəşr edilib.
İngiltərənin Uiltşir şəhərində yerləşən məşhur Stounhencin iki böyük daşının neolit dövründən bir neçə milyon il əvvəl işləndiyi məlum olub.
Pravoslav alimlər bunu necə izah edəcəklərini bilmir.
Stounhencin ilk insandan əvvəl daha müasir texnologiyalara sahib sivilizasiya tərəfindən yaradıldığı məlum olur.
Ekspert qrupunun rəhbəri Mayk Pitts bildirib ki, Stounhencin tikintisində qeyri-insani sivilizasiyanın izi olduğu ilə bağlı məlumat ilk dəfə 1979-cu ildə verilib.
Mütəxəssislər bildirir ki, yadplanetlilər ali danışacaq qədər inkişaf etməmişdilər. Amma onlar Stounhenc kimi geniş miqyaslı bir tikinti qura bilərdilər.
İngilis ekspertlər hesab edirlər ki, bu layihənin məqsədi düşmənlərə güc nümayiş etdirməkdir. Burada olan bir daşın ağırlığı 60 tondan çoxdur.
Bundan başqa, qədim memarlıq əsərinin yaradıcıları bu iki daşın yerləşmə mövqeyini yüksək dəqiqliklə ölçüblər. Bu tikintinin günəşin illik hərəkətini əks etdirdiyi məlum olub.
Bildiyiniz kimi, yay vaxtı günəş daşın ətəyindən çıxır, qış vaxtı isə iki daş arasında diafraqma əmələ gətirir.
Buna əsasən də məlum olur ki, milyonlarla il bundan əvvəl yaradılan bu obyektin qurucuları astronomiya haqqında geniş, dəqiq məlumata sahib idi.
Onlar kim idi? Başqa bir planetdən olan yadplanetlilər? Gələcəkdən gələn səyahətçilər? İnkişaf etmiş qədim irqin nümayəndələri?
Bu suallara dəqiq cavab tapılmasa da, onu dəqiqliklə deyə bilərik ki, ingilis alimlərin yeni kəşfi indiyə qədər mövcud olan fikirləri tamamilə darmadağın edir.