Türkiyədə səfərdə olan Ukrayna baş nazirinin müavini, İqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv Nevişehirdə suvenirlərin hazırlanıb satıldığı Avanos qəsəbəsində gəzintiyə çıxıb.
Gildən müxtəlif qabların hazırlandığı sexdə olan baş nazirin müavini dəzgahın arxasına keçərək dolça düzəltməyə çalışıb.
Gil qabları ustası Şaban Topuz bu prosesdə Stepan Kubivə yaxından kömək edib.
"Burada gil qabları hazırlaya bilənlərin evlənməsinə icazə verilir. Deməli, mən də yenidən evlənə bilərəm", deyə nazir zarafatından qalmayıb.