Koreya Xalq Demokratik Respublikası may ayının 5-də saatları 30 dəqiqə irəli çəkəcək.
Teleqraf.com xəbər verir ki, buna səbəb Cənubi Koreya ilə eyni vaxtı təyin etməkdir.
Koreya yarımadasında eyni vaxt qurşağının tətbiq edilməsi üçün razılıq ölkə prezidentiləri arasında aprelin 27-də keçirilən tarixi görüş zamanı əldə olunub.