ABŞ Prezidenti Donald Trampın aprel ayında “Hazır ol Rusiya, ağıllı raketlər gələcək” açıqlaması diqqəti yenidən ABŞ və Rusiyanın hərbi imkanlarına yönəldib. Çünki 2018-ci ildə bir çox nüfuzlu təhlilçilərin dediyi kimi, III Dünya müharibəsi başlaya bilər.
Teleqraf.com CNN-ə istinadən xəbər verir ki, hazırda hərbi imkanlarına dünyada ABŞ birinci, Rusiya isə ikinci güclü dövlətdir.
Bəs, bu ölkələrin hərbi imkanları nə qədərdir, müharibə baş verərsə, tərəflər bir-birinə qarşı hansı silahlardan istifadə edə bilər?
Dünyanın birinci və ikinci ən güclü dövlətinin hərbi arsenalını təqdim edirik:
Amerikanın hərbi xidmətdə olan əsgər personalı 1.281.900 nəfərdir. Rusiyada bu rəqəm 1.013.628 nəfər təşkil edir. ABŞ-da ümumilikdə hərbi qulluqçuların sayı 2.083.100 nəfər olduğu halda Rusiyada bu rəqəm 3. 586.128 nəfərdir.
ABŞ-ın hərbi büdcəsi 647, Rusiyanın büdcəsi isə 47 milyard dollardır.
ABŞ-ın 1962, Rusiyanın isə 818 hərbi təyyarəsi var. ABŞ-ın 2830 hərbi qırıcısı olduğu halda ruslarda bu rəqəm 1416 ədəddir. ABŞ hərbi arsenalında 973 hücum helikopteri xidmət göstərir, Rusiyada isə cəmi 511 helikopter var.
ABŞ-ın 5884 tankı var. Rusiyada isə tank sayı 20300 tank var. ABŞ-ın 38822 ədəd zirehli hərbi avtomobili olduğu təqdirdə ruslarda onların sayı 27400 ədəddir.
ABŞ-ın 1197 ədəd raket atma sistemi var. Rusiyada belə sistemlərin sayı 3816 ədəddir. ABŞ-da 20, ruslarda cəmi 1 təyyarədaşıyan gəmi var.
ABŞ hərbi personalına 66 ədəd sualtı qayıq daxildir, Rusiyada bu rəqəm 62-dir.
Əlavə olaraq hər iki ölkə nüvə başlıqlı silahlara malikdir.