ABŞ-ın dövlət xadimi, keçmiş müdafiə naziri Frenk Karluççi 88 yaşında dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqonun hazırkı rəhbəri Ceyms Мettis bildirilib:
“Mən keçmiş müdafiə naziri Frenk Karluççinin vəfatı münasibəti ilə dərin hüznlə başsağlığı verirəm".
Frenk Karluççi 1987- 1989-cü illərdə ABŞ-ın müdafiə naziri olub.