İngiltərə, Almaniya və Fransa ABŞ-a rəsmi məktub ünvanlayaraq, Avropadan olan şirkətlərin İrana qarşı tətbiq edilən sanksiyalardan kənarda saxlanmasını tələb ediblər.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, məktub ABŞ-ın maliyyə naziri Stiv Mnukin və Dövlət katibi Mayk Pompeoya göndərilib.
Məktubda həmçinin, İranın beynəlxalq pul köçürmələri sistemi olan “SWIFT”-dən çıxarılmaması da tələb olunub.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp İranla əməkdaşlıq edən şirkətlərə də sanksiyaların tətbiq ediləcəyini açıqlamışdı.